Yeni silah sınağı: ABŞ donanması Florida sahillərində zəlzələ yaratdı

      Yeni silah sınağı:   ABŞ donanması Florida sahillərində zəlzələ yaratdı
  17 İyul 2021    Oxunub:3292
Amerikalı hərbçilərin sınaqdan keçirdikləri silah ölkədə zəlzələyə səbəb olub. Belə ki, bu barədə məlumat yayan ABŞ Geologiya Xidmətinin nümayəndələri Florida sahillərində Rixter şkalası ilə 3.9 bal gücündə təkanları qeydə aldıqlarını söyləyiblər.
Azvision.az xəbər verir ki, rəsmilər bu zəlzələnin ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Gerald R. Ford" təyyarə daşıyan gəmi ilə keçirdiyi sınaqlar zamanı yarandığını bəyan ediblər. Hərbçilər silah testi reallaşdırarkən dənizin dərinliklərində partlayış yaradıblar.

Öz növbəsində, ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndələri də zəlzələnin qeydə alındığı müddətdə yeni təyyarə daşıyan gəminin silahlarını yoxlamaq üçün Amerika sahillərindən 100 mil məsafədə güclü bir sualtı partlayışı həyata keçirdiklərini təsdiqləyiblər.

Xatırladaq ki, "USS Gerald R. Ford" gəmiləri 2013-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrində "Nimitz" sinfinə məxsus təyyarə daşıyan gəmiləri əvəz etmək üçün istifadəyə verilib. Ancaq bir sıra problemlərə görə, xüsusən də gəminin müdafiə sistemindəki çatışmazlıqlar ucbatından "USS Gerald R. Ford" ordunun xidmətinə yalnız 2017-ci ildə qəbul edilib. Eyni zamanda, sınaqların uğurla başa çatacağı təqdirdə bu yeni növ təyyarə daşıyan gəminin 2023-cü ildə döyüş növbətçiliyinə girəcəyi ehtimal olunur.

Tural Tağıyev
Azvision.az



Teqlər: Silah   Gəmi   ABŞ  





Xəbər lenti