Xarı bülbüldən Yasəmənə: “Biz qayıdırıq” – Simvollarla dolu VİDEO

   Xarı bülbüldən Yasəmənə:    “Biz qayıdırıq”    – Simvollarla dolu    VİDEO
  17 İyul 2021    Oxunub:4275
Strateji Kommunikasiyalar Mərkəzi Azərbaycanda Vətən Müharibəsində qazanılan Qələbə ilə bağlı maraqlı video yayımlayıb.
Videoda Qələbədən sonra Qərənfilin (şəhidlik simvolu) köməyilə dirçələn Xarı Bülbül (Şuşanın, geniş mənada Qələbəmizin simvolu) Badamgülə (Xocalının sinvolu) Yasəmənə (İrəvanın simvolu) “Biz qayıdırıq” mesajını yollayır...



Video bu şeirlə müşayiət olunur:

Şuşadan ucalan Vətən nəğməsi
Qarabağda hər tərəfə avaz kimi yayıldı,
Qar altında donub qalmış Badamgül,
Doğma səsdən nəfəs alıb ayıldı,
Baş qaldırıb, ətrafına boylanıb simsarını axtardı.

Ayaq üstə dik dayanan Qərənfil
Hər zillətə, hər acıya dözərək,
Xarıbülbül zəfərinə yol açdı.
Cəngi sədasıyla Cıdır düzündə
Xarıbülbül qələbədən İlham alıb, yasəmənə nur saçdı.

Gözün aydın Azərbaycan,
Zəfər bizimlədir, bizim olacaq,
Şəhidin qanıyla alınan torpaq,
Vətən güllərinə məskən olacaq!




Teqlər: Xarı-bülbül   Qələbə  





Xəbər lenti