"Qarabağ bizə əlçatmaz görünür"- Voskanyan

   "Qarabağ bizə əlçatmaz görünür"-   Voskanyan
  17 İyul 2021    Oxunub:2067
Daim radikal açıqlamaları ilə seçilən erməni politoloq və İran üzrə ekspert Vardan Voskanyan bu dəfə ölkəsindəki aciz durum barədə giley-güzar dolu fikirlər səsləndirib. Azvision.az xəbər verir ki, yerli mediaya son prosesləri şərh edən Voskanyan hazırda xalq olaraq Ermənistanın təhlükəsizliyini qulaq ardına aldıqlarını deyib:
"Bir ölkənin səfiri Şuşaya gedir, başqa bir ölkənin dövlət başçısı Azərbaycan Prezidentini Qarabağı azad etdiyi üçün təbrik edir, üçüncü bir dövlətin rəsmisi Azərbaycana kömək edəcəyini söyləyir. Kədərlənirik, əsəbləşirik, tez-tez ağlayırıq da. Özümüzdən başqa hər kəsi günahkar sayırıq.

“Rəisinin Qarabağ təbriki üzümüzə vurulan daha bir şillə idi”- Abovyan
Bu arada, dövlət olaraq dünyaya hansı kollektiv mesaj göndərdiyimiz də bilinir. Fikrimcə bu mesaj ağrılı bir şəkildə aydın görünür- Ermənistanın təhlükəsizliyi bizim üçün vacib deyil, Qarabağ isə bizə əlçatmaz görünür. Həmçinin, Yaxın Şərqdəki mövqeyimiz üçün də mübarizə aparmaqdan bezmişik".

Tural Tağıyev
Azvision.az



Teqlər:   Şuşa   Qarabağ   Politoloq  





Xəbər lenti