Azərbaycan 21 ölkəyə neft ixrac edib

  17 İyul 2021    Oxunub :361
Azərbaycan 21 ölkəyə neft ixrac edib
Bu ilin birinci yarısında Azərbaycan İtaliyaya 2 756 878,74 min ABŞ dolları dəyərində 6 593 792,1 ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İspaniya yer alıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 338 981,82 min dollar dəyərində 865 947,16 ton neft ixrac edib.

Məlumata görə, Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutub. Yanvar-iyun aylarında bu ölkəyə 346 185,84 min dollar dəyərində 845 590,52 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin ilk yarısında 21 ölkəyə 5 743 625,87 min dollarlıq 13 545 898,77 ton neft ixrac edib.

Azvision.az

Teqlər: Neft   DGK  






Xəbər lenti