İlham Əliyev Almaniya Prezidenti və Belçika Kralına başsağlığı verdi

   İlham Əliyev Almaniya Prezidenti və Belçika Kralına başsağlığı verdi
  17 İyul 2021    Oxunub:1237
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Almaniyanın qərbində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Bundan başqa Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə də başsağlığı məktubu ünvanlayıb. Mətndə deyilir:

"Əlahəzrət,

Ölkənizdə baş vermiş daşqınlar nəticəsində çox sayda insanın həlak olması və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm".

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti