İki film "Qran-pri" mükafatına layiq görüldü

İki film "Qran-pri" mükafatına layiq görüldü
  17 İyul 2021    Oxunub:1109
Kann Film Festivalının "Qran-pri" mükafatı iki filmə -Fin rejissoru Yuxo Kuosmanenin "Altı nömrəli kupe" və İranlı Əsgər Fərhadinin "Qəhrəman" filmlərinə verilib.
Azvision.az xəbər verir ki, qaliblərin təntənəli mükafatlandırılması mərasimi şənbə günü Kruazett sahilboyunda Festivallar və Konqreslər Sarayının əsas salonunda baş tutub.

Festival 6-17 iyul tarixləri arasında keçirilib. Builki münsiflər heyətinə amerikalı rejissor Spike Lee sədrlik edib. Festivala 24 film təqdim edilib.

Qeyd edək ki, Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilib. Lakin sonralar may ayında keçirilməyə başlayıb. Festival ənənəvi olaraq Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir.

Kann Film Festivalında Qızıl Palma Budağı, Qran-pri, Qızıl Kamera, Jüri mükafatları verilir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər:





Xəbər lenti