İlham Əliyev və Şarl Mişel birgə nahar ediblər

   İlham Əliyev və Şarl Mişel birgə nahar ediblər
  18 İyul 2021    Oxunub:1889
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə işçi nahar ediblər.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidentini qarşılayıb.

Sonra Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə foto çəkdiriblər.

Görüşdə Azərbaycan-Avropa İttifaqı siyasi əlaqələrindən məmnunluq ifadə olundu, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi. Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Şarl Mişelə azad edilmiş torpaqlarda gedən işlərlə bağlı məlumat verib, postkonflikt vəziyyət barədə danışılıb

Görüşdə, eyni zamanda, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qoşulmama Hərəkatı ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniştərkibli görüşdə bu mövzularla bağlı müzakirələr davam etdirilib.







Azvision.az



Teqlər:





Xəbər lenti