Ucarda iki avtomobil, 33 paltaryuyan maşın yandı

Ucarda iki avtomobil, 33 paltaryuyan maşın yandı
  19 İyul 2021    Oxunub:880
Ucar rayonunda ümumi sahəsi 150 m² olan talvarın yanar konstruksiyaları, talvarın altında olan "Mercedes" markalı minik avtomobilinin yük hissəsi, "Hyundai" markalı minik avtomobilinin yanar hissələri, 33 ədəd məişət avadanlığı (paltaryuyan maşın və soyuducu), mebel dəsti, 2 m³ taxta və 500 kq buğda yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, avtomobilin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: Yanğın  





Xəbər lenti