Qubada icazəsiz toy keçirən restoran sahibi cərimələndi

  19 İyul 2021    Oxunub :407
Qubada icazəsiz toy keçirən restoran sahibi cərimələndi
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Çənlibel” restoranında adı rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan restoranda qanunvericiliyin tələblərinə müvafiq olaraq restoranın sahibi barədə inzibati protokol tərtib edib.

Azvision.az

Teqlər: Toy  






Xəbər lenti