Azərbaycan "Tokio-2020"-yə 35-ci lisenziyanı qazanıb

  19 İyul 2021    Oxunub :440
Azərbaycan "Tokio-2020"-yə 35-ci lisenziyanı qazanıb
Milli Paralimpiya komandamız rekord sayda lisenziya ilə "Tokio-2020"də Azərbaycanı təmsil edəcək.
Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) Azvision.az -a bildiriblər ki, atletika üzrə milli komandamızın üzvü Orxan Aslanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticə göstərərək ölkəmiz üçün növbəti 35-ci lisenziyanı təmin edib.

Bu günədək AMPK-nın idmançıları "Tokio-2020" Yay Paralimpiya Oyunlarına artıq 35 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 11-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Qeyd edək ki, "Rio-2016" XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandası 22 lisenziya qazanmışdı.

Azvision.az

Teqlər: Tokio-2020  






Xəbər lenti