Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub

   Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub
  19 İyul 2021    Oxunub:1583
İyulun 19-u saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Müdafiə Nazirliyindən Azvision.az - a verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azvision.az



Teqlər: MüdafiəNazirliyi  





Xəbər lenti