Tramp prezidentlik illərində 2,4 milyard dollar qazanıb

Tramp prezidentlik illərində 2,4 milyard dollar qazanıb
  19 İyul 2021    Oxunub:1006
ABŞ-ın eks-prezidenti Donald Trampın ölkəyə rəhbərlik etdiyi illərdə şəxsi biznesinin qazancı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Belə ki, Trampın prezidentliyi dövründə ailəsinin mülkiyyətində qalan biznesi 2017-ci ilin əvvəlindən 2020-ci ilin sonuna qədər təxminən 2,4 milyard dollar mənfəət əldə edib.

“Trampın biznesi onun prezidentliyinin ilk üç ilində hər il təxminən 650 milyon dollar qazanc gətirib. Ancaq 2020-ci ildə pandemiya sayəsində bu gəlir təxminən 450 milyon dollara düşüb”,- nəşr yazıb.

Qeyd edək ki, Donald Trampın qolf klubları və kurortları, tikinti şirkətləri var. Həmçinin o nəhəng holdinqə sahibdir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Tramp   Biznes  





Xəbər lenti