Novxanı çimərliyində 11 yaşlı oğlan boğuldu

Novxanı çimərliyində 11 yaşlı oğlan boğuldu
  20 İyul 2021    Oxunub:1157
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) 2010-cu il təvəllüdlü Kərimov Səid Nail oğlunun batması barədə məlumat daxil olub.
Bu barədə Azvision.az - a nazirlikdən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən S.Kərimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az





Teqlər: FHN   boğulma  





Xəbər lenti