Ermənistanın sabiq baş naziri məhkəmə qarşısında

   Ermənistanın sabiq baş naziri məhkəmə qarşısında
  20 İyul 2021    Oxunub:1389
İrəvan birinci instansiya məhkəməsi sabiq baş nazir Vazgen Manukyanın işinə baxmağa başlayıb. Manukyan konstitusiya quruluşunun zorla devrilməsinə çağırışlar etməkdə ittiham olunur.
Azvision.az erməni KİV-lərə istinadla xəbər verir ki, bundan əvvəl prokurorluq ittiham aktını məhkəməyə göndərib.

Məlumat üçün bildirək ki, Manukyan İkinci Qarabağ Müharibəsi günlərndə baş nazir Nikol Paşinyanı tənqid edən ilk erməni siyasətçi olub. O, Paşinyanı istefaya, hakimiyyəti isə həbçilərə verməyə çağırıb.

Müharibədən sonra isə müxalifət “Ermənistanın qurtuluşu uğrunda" hərəkat yaradaraq etiraz aksiyalarına başlayıb. Eyni zamanda, Manukyanı müvəqqəti baş nazir vəzifəsinə namizəd irəli sürüblər. Lakin onlar aylarla davam edən etiraz aksiyalarına baxmayaraq xalqdan istənilən dəstəyi ala bilməyiblər.

Paşinyan martın 18-də erkən parlament seçkilərinin keçiriləcəyi tarixi (20 iyun) açıqladı. Manukyan isə seçkiərdə iştirak etməmək barədə qərar verdi. O, Paşinyanın ümumiyyətlə siyasi səhnədən getməsini tələb edirdi. Etiraz aksiyaları zamanı insanları açıq itaətsilziyə, hakimiyyəti devirməyə çağırışlar edirdi.

"Nə media vasitəsi ilə, nə də şəxsən kiməsə nə edəcəyi barədə məsləhət vermədim. Hər kəs özü üçün qərar verir", - Manukyan iclasdan əvvəl jurnalistlərə bildirib.

Qeyd edək ki, Manukyana qarşı qabaqlayıcı tədbir olaraq yaşayış yerini tərk etməmək barədə qərar qəbul edilib. İclas zamanı müdafiə tərəfi bu tədbirin ləğvi üçün vəsatət qaldırıb.

İş materiallarına görə, Manukyan oxşar çağırışları 12, 20 və 26 fevral mitinqlərində səsləndirib. 20 fevral mitinqində müxalifətin hazırladığı iki planı açıqlayıb. "A" planı vətəndaşlar, təhlükəsizlik işçiləri, millət vəkilləri ilə izahat işlərinin aparılmasını əhatə edirdi. "B" planı isə hakimiyyətin sürətli bir şəkildə ələ keçirilməsi idi.

Onun vəkilləri işi siyasi sifarişli hesab edirlər və apelyasiya şikayəti verəcəklərini bildiriblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Məhkəmə  





Xəbər lenti