Bakıda müğənnini öldürməyə cəhd edən şəxs tutulub

  20 İyul 2021    Oxunub :373
   Bakıda müğənnini öldürməyə cəhd edən şəxs tutulub
Nizami Rayon Prokurorluğu Bakıda müğənninin hoteldə qətlə yetirilməsi barədə yayılan iddialara münasibət bildirib.
Rayon Prokurorluğundan Azvision.az - a daxil olan məlumatda deyilir ki, qadın yaralıdır:

"İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir".

Qeyd edək ki, xəsarət alan A.Mirzəyevanın müğənni olduğu bildirilir.

Azvision.az

Teqlər: Müğənni   cinayət  






Xəbər lenti