Lənkəranda karantin qaydalarını pozanlara cinayət işi açılıb

Lənkəranda karantin qaydalarını pozanlara cinayət işi açılıb
  21 İyul 2021    Oxunub:1244
Lənkəran rayonunda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb, 14 nəfər cərimələnib, 2 nəfər barəsində cinayət işi başlanılıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində bəzi şadlıq saraylarında təşkil olunan toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub. Həmin faktlarla bağlı 2 nəfər barəsində cinayət işi başlanılıb.

On üç nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub, 1 nəfər barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsindən ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilib və həmin şəxs 4 min manat məbləğində cərimələnib.

Azvision.az


Teqlər: Lənkəran  





Xəbər lenti