Ermənistanda əsgər ağır xəsarət alıb

Ermənistanda əsgər ağır xəsarət alıb
  21 İyul 2021    Oxunub:903
Ermənistan silahlı qüvvələrinin hərbi hissələrinin birində baş verən bədbəxt hadisə nəticəsində daha bir əsgər ağır xəsarət alıb.
Azvision.az bu ölkə KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda park-təsərrüfat günündə zirehli texnikaya texniki qulluq zamanı ehtiyatsızlıqdan baş verən hadisə nəticəsində 2020-ci ildə hərbi xidmətə çağırılmış 3-cü taborun 9-cu bölüyünün əsgəri Hrayr Sarkisyanın sağ ayağı bud nahiyəsindən sınıb.

Hərbi hissə komandanlığı baş verən insidenti ört-basdır etməyə çalışsa da, hadisədən xəbər tutan hərbi polis hərbi qulluqçu H.Sarkisyanın xəsarət alması faktı ilə bağlı araşdırmaya başlayıb.

Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti