ABŞ Rusiya və Çini kosmosda izləyəcək: İngiltərədə yeni radar quraşdırılır

   ABŞ Rusiya və Çini kosmosda izləyəcək:   İngiltərədə yeni radar quraşdırılır
  22 İyul 2021    Oxunub:2429
ABŞ Kosmik Qüvvələrinin komandanlığı İngiltərədə kosmosdakı obyektləri izləmək üçün xüsusi radar sistemi quraşdıracaqlarını açıqlayıb.
Azvision.az xəbər verir ki, sistemin digər hissələrinin ABŞ-ın Texas ştatında və Avstraliyada yerləşdirilməsi planlaşdırılır.

Bu sistem yer kürəsindən 36 min kilometr məsafədə, yəni hərbi peyklərin istifadə etdiyi kosmik orbitlərdə potensial hədəfləri müəyyənləşdirəcək. Böyük Britaniyanın Müdafiə Nazirliyi artıq yeni radarın kosmosu daha təhlükəsiz vəziyyətə gətirmək qabiliyyətinə malik olduğunu bildirib. Rusiya mediası bu açıqlamanı Moskva ilə Pekinin peyklər əleyhinə fəaliyyətlərinin qarşısının alınacağına eyham vurulması kimi qiymətləndirib.

Qeyd edək ki, yeni radarın rəsmi adı "Deep Space Advanced Radar Capability, DARC"-dır. Sistemin istehsalını Amerika Kosmik və Roket Sistemləri Mərkəzi həyata keçirəcək.

Tural Tağıyev
Azvision.az



Teqlər: Radar   ABŞ  





Xəbər lenti