Ukraynadan vaksin rekordu: 1 günə 120 min nəfər peyvənd olundu

   Ukraynadan vaksin rekordu:   1 günə 120 min nəfər peyvənd olundu
  22 İyul 2021    Oxunub:1006
Ukraynada son sutka ərzində rekord sayda-120.090 nəfər koronavirus əleyhinə peyvənd olunub.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi "Facebook" səhifəsində məlumat yayıb. Qeyd edilir ki, 65.522 nəfər birinci dozanı, 54.568 nəfər isə ikinci dozanı qəbul edib.

Nazirlik gün ərzində 655 səyyar qrupun, 2280 peyvəndlənmə məntəqəsinin çalışdığını açıqlayıb.

Qeyd edək ki, Ukraynada peyvənd kampaniyası başlayandan bəri 2.843.899 nəfər vaksinasiyadan keçib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Vaksin  





Xəbər lenti