YAP və AKP Gəncədə “Şuşa Bəyannaməsi”nə həsr olunan konfrans keçirəcək

  22 İyul 2021    Oxunub :441
 YAP və AKP Gəncədə “Şuşa Bəyannaməsi”nə həsr olunan konfrans keçirəcək
İyulun 25-də Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfər edəcək.


Azvision.az xəbər verir ki, bu barədə bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.
Onun sözlərinə görə, AKP nümayəndə heyətinin Bakıda rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.

İyulun 28-də isə YAP və AKP Gəncə şəhərində “Şuşa Bəyannaməsi”nə həsr olunmuş birgə konfrans keçirəcək, konfransda “Şuşa Bəyannaməsi”ndən irəli gələn məsələlər müzakirə olunacaq.

Azvision.az

Teqlər: YAP   AKP  






Xəbər lenti