"Azercell"dən xəbərdarlıq: "Şübhəli mesajlara reaksiya verməyin"

"Azercell"dən xəbərdarlıq:    "Şübhəli mesajlara reaksiya verməyin"
  22 İyul 2021    Oxunub:990
"Azercell Telekom” MMC abunəçilərini “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.
- Bildiririk ki, müvafiq məzmunun Azercell-ə heç bir aidiyyatı yoxdur, - Şirkət xəbərdarlıq edib - Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə reaksiya verməməyi, eləcə də belə internet saytlardan istifadə etməməyi, həmçinin istifadə edilən cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonların nəzarətsiz qalamamasını, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrəni 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və sairlərdən yararlanmamağı tövsiyə edir.



Teqlər: Azercell  





Xəbər lenti