Peyvənd vurulmasına dair məlumatları saxtalaşdıranlar tutuldu

 Peyvənd vurulmasına dair məlumatları saxtalaşdıranlar tutuldu
  22 İyul 2021    Oxunub:972
Bakı şəhəri, Suraxanı rayonu 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Baş Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri ilə sözügedən tibb müəssisəsinin vəzifəli şəxslərinin ayrı-ayrı vətəndaşlara peyvənd vurulmadan “COVID-19 vaksinasiyası üzrə məlumat forması”nda vaksin edilmələri ilə bağlı yalan məlumatları daxil etmələri müqabilində xəstəxananın inzibati binasında onlardan müxtəlif məbləğlərdə pul almalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır. İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti