Gümrü polisi sərxoş rus hərbçini saxlayıb

Gümrü polisi  sərxoş rus hərbçini  saxlayıb
  24 İyul 2021    Oxunub:1902
Ermənistanda rusiyalı hərbçi ilə bağlı insident yaşanıb. Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, naməlum şəxs Gümrü şəhərinin Qandilyan küçəsindəki evlərdən birinə girib.
“Ev sahibi polisə zəng edərək təcili şəkildə yardım istəyib. O danışığını başa düşmədiyi naməlum kişinin evinə girməyə çalışdığını deyib. Qadın qeyd edib ki, həmin şəxs sərxoş vəziyyətdə durmadan əli ilə evin qapısına vurub. Göstərilən ünvana çatan polis, Rusiya vətəndaşı olan 35 yaşlı şəxsi aşkarlayıb və onu Kumayri polis bölməsinə aparıb”,-məqalədə yazılıb.

Məlum olub ki, naməlum şəxs Gümrünün 8-ci hərbi bölgəsində yaşayır və Rusiya qarnizonunun 102-ci hərbi bazasında komandirdir:

“Hərbçi saat 23.00 radələrində stansiyanın yaxınlığındakı meydana gəzintiyə çıxdığını bildirib. Orada gecə klubuna gedərək spirtli içki qəbul etdikdən sonra, hər şeyi unudub, mənzili isə səhv salıb. Yəni zorla daxil olmaq istədiyi mənzilin onun yaşadığı ev olduğunu düşünüb. Polis rus komandirin ayıqlıq səviyyəsini yoxlayıb. Onun spirtli içki qəbulu 0.98 mg / litr səviyyəsində olduğu üçün sərbəst buraxıb”.

Tural Tağıyev
Azvision.az



Teqlər: Gümrü   Hərbçi   Polis   İnsident  





Xəbər lenti