"Atəşkəs üçün səy göstəririk" - Peskov

  29 İyul 2021    Oxunub :692
 "Atəşkəs üçün səy göstəririk" -  Peskov
Rusiya Ermənistan-Azərbaycan sərhədində atəşkəsin bərpası üçün çox səy göstərib və işlər davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Dünən Ermənistan-Azərbaycan sərhədində gərginlik oldu, bilirsiniz ki, Rusiya nümayəndələri atəşkəsin bərpası üçün çox səy göstərdilər. Bu istiqamətdə işlər davam edir. Üçtərəfli razılaşmaları tam şəkildə həyata keçirmək üçün Rusiya Bakı və İrəvanla təmas saxlamaqda davam edir”, - o bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Kreml   Azərbaycan   Ermənistan  







Xəbər lenti