Kiyevdən Ankaraya dost yardımı: Ukrayna yanğınsöndürən təyyarələr göndərdi

      Kiyevdən Ankaraya dost yardımı:   Ukrayna yanğınsöndürən təyyarələr göndərdi
  30 İyul 2021    Oxunub:1355
Türkiyədə genişmiqyaslı meşə yanğınları davam edir. Bu gün Ukrayna yanğınları söndürmək üçün Fövqəladə Hallarla bağlı Dövlət Xidmətinin yanğınsöndürən təyyarələrini Türkiyəyə göndərib.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidmətinin sədri Nikolay Çeçetkin "Facebook"-da məlumat yayıb.

Azərbaycan Türkiyəyə 500 nəfərlik canlı qüvvə və helikopterlər göndərəcək
"Yanğınsöndürmə təyyarələrimiz yenicə havaya qalxıb və bir neçə saat sonra Türkiyəyə alovlarla mübarizə aparmaq üçün kömək edəcəklər. Çətin zamanlarda dost xalqlara kömək əli uzatmaq qiymətsizdir", - Cheçetkin yazıb.

O qeyd edib ki, Türkiyə xalqının indi hansı sınaqlarla üzləşdiyini başa düşən Ukrayna yardım çağırışına cavab verib və Prezident Vladimir Zelenskinin qərarı ilə iki yanğınsöndürmə təyyarəsi səfərbər olub.

Xatırladaq ki, Azərbaycan da Türkiyəyə yardım göndərəcək. Prezidentin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə yola salınacaq.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Ukrayna   Azərbaycan   Yanğın  





Xəbər lenti