- Qolumda sinirlər zədələndiyindən əl hərəkətim məhdudlaşıb. Mən qarafik dizaynerəm. Əvvəllər SİNTEKS şirkətində çalışırdım. Ancaq indi işə çıxa bilmirəm. Sağ olsunlar, hər ay əmək haqqımı ödəyirlər. Sağalandan sonra işimə geri dönməyi düşünürəm. Qol əməliyyatında sonra uzun müddətli fizioterapiya da almalıyam. Döyüşdən sonra sol gözüm yüz faiz görsə də, sağ gözüm heç görmürdü. İndi 30 faiz görə bilirəm. Görmə qabilliyyətim əməliyyatdan sonra 20 faiz artıb. Həkimlər söz veriblər ki, məyyən müddətdən sonra daha yaxşı görə biləcəyəm -, deyən qazi tezliklə sağalıb əvvəlki sağlam həyatına geri qayıdacağı günü səbirsizliklə gözləyir.
Yəhudi qadının ölmüş ərinin gözünü bağışladığı qazi: “Bunu eşidəndə çox sevindim” |
Qeyd edək ki, hərbi səfərbərlik çağırışından sonra Vətən Müharibəsinə qatılan Arif Hacıyev Füzuli və Cəbrayıl istiqamətlərində döyüşüb. Müharibə zamanı o, sağ gözündən və qolundan yaralanıb.
Şahanə Rəhimli
Azvision.az