Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərəcək

 Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərəcək
  30 İyul 2021    Oxunub:1719
Yanğınların baş verməsi ilə bağlı araşdırmalar intensiv şəkildə davam edir. Bunun qəsdlə edilib-edilməməsi araşdırılır. Daxili İşlər Nazirliyi, kəşfiyyat orqanlarımız gərgin işləyir. Bütün bu işlərdən sonra hadisənin necə baş verdiyini açıqlaya bilərik.
Azvision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədəki yanğınlarla bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Manavqatdan başlayan, eyni vaxtda fərqli yerlərdə davam edən yanğın Muğla, Marmaris və Bodrum daxil olmaqla çox bölgələri əhatə edir.

"Bütün imkanlarımızı səfərbər eetmişik. Hazırda 45 helikopter yanğının söndürülməsinə cəlb edilib. Təyyarələrimizin sayı 5-6-ya yüksələcək. Ukraynadan, Rusiyadan aldığımız təyyarələrimiz var. Azərbaycan da bir yanğınsöndürən təyyarə göndərəcək. Onlarla birlikdə təyyarələrin sayı 6-7-yə çatacaq. Bu təyyarələr ən səmərəlidir".

Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə   Yanğın  





Xəbər lenti