Azvision.az xəbər verir ki, bu barəfə "NHK telekanalı məlumat yayıb. Bildirilir ki, artıq gündəlik yoluxma sayı 12 mini keçib. Bu isə pandemiya başlanan vaxtdan maksimum göstərici sayılır. 12 min 347 yeni yoluxma hadisəsindən 4058-i hazırda Olimpiya oyunlarının keçirildiyi Tokioda qeydə alınıb. 95 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Yaponiyada pandemiyanın başlanmasından bu yana 927 min nəfər xəstəliyə yoluxub, 15,2 min insan isə dünyasını dəyişib.
Tural Tağıyev
Azvision.az