İranda yeni dalğa: İki həftəlik qapanma ehtimalı var

  02 Avqust 2021    Oxunub :794
İranda yeni dalğa:  İki həftəlik qapanma ehtimalı var
İranın Ali Lideri Seyid Əli Xamenei Prezident Həsən Ruhanini Səhiyyə Nazirliyinin koronavirusa yoluxma hallarının artması səbəbindən sərt karantin tətbiq edilməsi təklifini müzakirəyə çıxarmağa çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Daha əvvəl İranın səhiyyə naziri Səid Namaki Xameneiyə məktub yazaraq yeni epidemiya dalğasının olma ehtimalını bildirərək iki həftəlik sərt karantin tətbiq edilməsini istəyib.

Öz növbəsində, Xamenei Prezidentdən Koronavirusla Mübarizə üzrə qərargah üzvlərinin toplantısını çağırmağa və nazirin təklifini müzakirə etməyə çağırıb. O, zəruri tədbirlərin görülməsini vacib sayır.

Qeyd edək ki, İranda 39 milyon insan koronavirus infeksiyasına yoluxub, 100 min nəfər xəstəlikdən ölüb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Koronavirus  







Xəbər lenti