Gəmi qalmaqalı böyüyür: ABŞ İrana kollektiv cavab hazırlayır

   Gəmi qalmaqalı böyüyür:   ABŞ İrana kollektiv cavab hazırlayır
  02 Avqust 2021    Oxunub:1260
“Birləşmiş Ştatlar İrana ticarət gəmisinə hücumla bağlı cavab verəcək”. Azvision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərə verdiyi açıqlamada bildirib.
O qeyd edib ki, ABŞ İngiltərə, İsrail və Rumıniya ilə sıx əlaqədədir və İran məlum hücuma görə cavabsız qalmayacaq.

"Hazırda Böyük Britaniya, İsrail, Rumıniya və digər ölkələrlə çox sıx təmaslar qururuq. Hadisəyə kollektiv cavab veriləcək",-Blinken brifinqdə deyib.

Xatırladaq ki, Oman sahillərində “Mercer Street” tankerinə hücum olub. ABŞ və Böyük Britaniya hücumun arxasında İranın dayandığını bəyan edirlər. Ticarət gəmisinin vurulması beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirilir.

“Associated Press” agentliyinin yaydığı məlumata görə, Liberiya bayrağı altında üzən “Mercer Street” “Zodiac Group”un sahibi olan israilli iş adamı Eyal Oferlə əlaqələndirilir. ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tankerə pilotsuz təyyarə ilə hücum edildiyi qənaətindədir.

Tural Tağıyev
Azvision.az



Teqlər: ABŞ   İran   Gəmi  





Xəbər lenti