Bildirilir ki, uşaqlara Çinə məxsus "Sinopharm" şirkətinin vaksinlərindən vurulacaq. BƏƏ hökuməti artıq 12-15 yaş arası vətəndaşları "Pfizer"lə peyvəndləməyə başlayıb. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, əhalinin 78.95 faizi, təxminən 9 milyon insan birinci doza vaksin olunub. 70.57 faiz isə tam peyvənd edilib.
Qeyd edək ki, Çin "Sinovac Biotech" peyvəndinin 3 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələr üçün istifadə oluna biləcəyini təsdiqləyib.
Tural Tağıyev
Azvision.az