Ötən sutka 87 yanğına çıxış olub, 3 nəfər xilas edilib- FHN
Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib.
Qeyd edək ki, Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında "Hacıyusif yaylağı" adlanan ərazidə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olduqdan sonra vətəndaşın olduğu yer dəqiq müəyyən olunaraq müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Çətin keçilən mürəkkəb relyefli ərazidə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş xərək vasitəsilə təhlükəsiz əraziyə təxliyə olunub və aidiyyəti üzrə təhvil verilib.
Azvision.az
Teqlər: FHN