“Miqrasiya Məktəbi – 3” layihəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR

  03 Avqust 2021    Oxunub :382
“Miqrasiya Məktəbi – 3” layihəsinin bağlanış mərasimi keçirilib -    FOTOLAR
Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunmuş “Miqrasiya Məktəbi – 3” layihəsi çərçivəsində təlimlər DMX-nin aidiyyəti struktur bölmələri ilə yanaşı, layihə üzrə tərəfdaşlar, eləcə də beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər tərəfindən keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, 6 ay davam edən “Miqrasiya Məktəbi – 3” layihəsində Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə məlumatlandırılan iştirakçılar Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, Çağrı mərkəzi və Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olublar.



Gənclər həmçinin videokonfrans formatında “Miqrasiyanın idarə edilməsində beynəlxalq təşkilatların rolu”, “Miqrasiya proseslərinin idarə olunmasında qeyri-hökumət təşkilatlarının rolu” “Liderliyin sirləri” “İnsan alverinə qarşı mübarizə” “Miqrant qaçaqçılığı və ona qarşı mübarizə” “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları” “Dünyada Azərbaycan diasporu” “Azərbaycanda əcnəbilər üçün təhsil imkanları. Azərbaycanlı tələbələrin xaricdə təhsil imkanları” “Azərbaycanda turizmin inkişafı və perspektivlər” “Ünsiyyət bacarıqları” və digər mövzular üzrə təlimlərə qatılıblar.



Layihənin yekununda Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov gəncləri təbrik edərək “Miqrasiya Məktəbi 3”ün əhəmiyyətini vurğulayıb. Sosial, iqtisadi, humanitar, hüquqi məsələləri özündə birləşdirən miqrasiya proseslərinin vacibliyini qeyd edib.



Vüsal Hüseynov bu sahədə mütəxəssislərin hazırlanmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, sözügedən tədris proqramı məhz bu istiqamətdə atılan mühüm addımdır. “Miqrasiya Məktəbi 3” layihəsinin iştirakçıları isə layihə haqqında təəssüratlarını bölüşüblər. Sonda Xidmət rəisi iştirakçıları maraqlandıran sualları cavablandırıb və onlara sertifikatlar təqdim edilib.










Azvision.az

Teqlər: DMX  







Xəbər lenti