Bakıda taxta bazarında yanğın olub

Bakıda taxta bazarında yanğın olub
  17 Avqust 2021    Oxunub:1251
Bakının Nərimanov rayonunda “Taxta bazarı” adlanan tikinti materiallarının satışı bazarında yanğın olub.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Hadisə yerinə FHN-in dörd yanğınsöndürmə maşını cəlb edilib, yanğın saat 02:43-də söndürülüb. Hadisə nəticəsində 70 kvadratmetr metr ərazidə taxtalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti