Məktəbəhazırlıq qruplarına 45 minə yaxın müraciət edilib

  17 Avqust 2021    Oxunub :373
Məktəbəhazırlıq qruplarına 45 minə yaxın müraciət edilib
2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu davam edir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Bu günədək respublika üzrə ümumilikdə 43 053 nəfər məktəbəhazırlığa qəbul üçün elektron sorğu yerləşdirib. Onlardan 36 378 nəfəri Azərbaycan, 6 675 nəfəri isə rus bölməsi üzrədir.

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

Azvision.az


Teqlər: Məktəbəhazırlıq  







Xəbər lenti