II qrupda abituriyentlərin 100 faizi tələbə adını qazana bilər - Ekspert

   II qrupda abituriyentlərin 100 faizi tələbə adını qazana bilər -    Ekspert
  17 Avqust 2021    Oxunub:1827
Bu il II ixtisas qrupu üzrə 5346 abituriyent 200-dən çox, 8079 abituriyent isə 150-dən çox bal toplayıb.
Azvision.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, ötən il bu ixtisas qrupunda 2020-ci ildə isə 356 abituriyent 200-dən çox, 7682 abituriyent isə 150 dən çox bal toplayıb:
"2021-ci ildə II ixtisas qrupu üzrə 13672 plan yeri ayrılıb ki, onun da 4230-ü ödənişsiz plan yerləridir. 2020-ci ildə isə 13800 plan yeri ayrılmışdı ki, onun da 4115 plan yeri ödənişsiz idi. II ixtisas qrupunda müsabiqə şərtlərini ödəyən abituriyentlərin 100 faizi tələbə adını qazana bilər".

K.Əsədov bildirib ki, II ixtisas qrupu üzrə 650-dən çox 45, 600-dən çox 196, 550-dən çox 464, 500-dən çox 823 abituriyent bal toplayıb:
"2020-ci ildə 650-dən çox 48, 600-dən çox 216, 550-dən çox 535, 500-dən çox 899 abituriyent bal toplamışdı.

II ixtisas qrupu üzrə prezident təqaüdü 670 dən çox bal toplamış abituriyent ala biləcək. Bu il II ixtisas qrupu üzrə nəticələr 2020-ci illə müqayisədə zəifdir".

Azvision.az



Teqlər: Abituriyent  





Xəbər lenti