“Tank biatlonu”: Komandaların püşkatması keçirilib

   “Tank biatlonu”:    Komandaların püşkatması keçirilib
  17 Avqust 2021    Oxunub:879
Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvlərinin də iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 24-də yarışların üçüncü günündə çıxış edəcəklər.

Komandamız Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.


Azvision.az


Azvision.az


Teqlər: Tank  





Xəbər lenti