"Laçın və Kəlbəcərin fasiləsiz turizm potensialı var" - Deputat

"Laçın və Kəlbəcərin fasiləsiz turizm potensialı var" -  Deputat
  17 Avqust 2021    Oxunub:1549
Prezident İlham Əlyevin və I vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri strateji əhəmiyyət daşıyır. Ölkə başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri Azərbaycanın gücünü və bu bölgənin qısa zamanda bərpa etmək potensialını göstərir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Kəlbəcər və Laçın iqtisadi baxımdan Azərbaycan üçün vacib rayonlardandır:

“Kəlbəcər təbii ehtiyatlarına və Cənubi Qafqazda turizm potensialına görə seçilən rayondur. Kəlbəcər Cənubi Qafqazda çox azsaylı şəhərlərdəndir ki, fasiləsiz turizm xidmətləri təklif etmək imkanına malikdir. Burada yay-qış, tarixi, mədəni, dini, sağlamlıq turizm məhsulları təklif etmək mümkündür”.



Deputat qeyd edib ki, Kəlbəcər və Laçın rayonları bərpa və yenidənqurmadan sonra Azərbaycan iqtisadiyyatına daha yaxından töhfə vermək imkanlarına malik olacaq:
“Həm Kəlbəcər və Laçın arasında, həm də Kəlbəcərdə yeni nəqliyyat infrastrukturunun formalaşdırılması, Laçında beynəlxalq hava limanın inşası hər iki rayonun növbəti dövrdə stareji əhəmiyyətini daha da artıracaq. Laçında inşa ediləcək hava limanı bütövlükdə bölgənin potenisalının təbliğ edilməsi və təhlükəsizliyin formalaşması baxımından vacibdir. Bu əslində regionun təhlükəsizliyinə dəstəkdir. Eyni zamanda hər iki rayonun turizm potensialının böyük olması Laçın beynəlxalq hava limanın rentabelli işləməsinə səbəb olacaq. Bu, artıq beynəlxalq uçuşların həyata keçirilməsi, turistlərin gəlməsi, həmin ərazidə istehsal olunacaq qeyri-neft məhsulllarının daha böyük coğrafiyaya, daha böyük bazarlara çıxarılması deməkdir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Kəlbəcər   Laçın  





Xəbər lenti