Hindistandan vaksin rekordu: Bir günə 8.8 milyon peyvənd vurulub

   Hindistandan vaksin rekordu:    Bir günə 8.8 milyon peyvənd vurulub
  17 Avqust 2021    Oxunub:1696
Hindistanda bir günə 8.8 milyondan çox insan peyvənd olunub.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, bu rəqəm peyvənd proqramının başlamasından bu yana ən yüksək göstərici sayılır.

Qeyd edək ki, Hindistan dünyada pandemiya başlayandan koronavirusa ən çox yoluxma və ən çox ölüm halı olan ölkələrdəndir. Hazırda bu ölkə ən çox yoluxma sayına görə ikinci yerdədir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, keçən ilin mart ayından bəri virusa yoluxanların ümumi sayı 32,2 milyonu keçib, 31,4 milyondan çox insan isə sağalıb. 432 mindən çox hindistanlı məhz koronavirus səbəbindən dünyasını dəyişib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Vaksin   Hindistan  





Xəbər lenti