Gürcüstanda virusa yoluxmada yeni antirekord

  17 Avqust 2021    Oxunub :330
Gürcüstanda virusa yoluxmada yeni antirekord
Gürcüstanda koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb. Son sutka ərzində ölkədə daha 6208 nəfərdə koronavirus aşkarlanıb, 47 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 490 min 462-yə, ölənlərin sayı isə 6 483-ə çatıb.

Bu günə olan aktiv xəstə sayı 54 763 nəfər təşkil edir.

Azvision.az

Teqlər: Gürcüstan  







Xəbər lenti