Azərbaycan “IDEF-2021” sərgisində iştirak edir

   Azərbaycan “IDEF-2021” sərgisində iştirak edir
  17 Avqust 2021    Oxunub:2167
Bu gün Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir.
Dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi hərbi sənaye kompleksinin müxtəlif sahələrində müasir müdafiə texnologiyaları və nümunələri, dünya silah bazarına ixrac üçün təklif olunan hərbi texnikanın ən son inkişafları ilə tanış olmaq üçün bir fürsətdir.

Eyni zamanda sərgi müdafiə və təhlükəsizlik sektorlarında müəyyən yüksək texnologiyalı sahələri tədricən ələ keçirən Türkiyə hərbi sənaye kompleksinin artan potensialına maraq cəlb edir.

Bu silah sistemlərinin müstəsna səmərəliliyini biz Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda gedən 44 günlük müharibədə müşahidə etdik.

Azərbaycan “IDEF-2021” -də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin stendi ilə təmsil olunur.

“IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işini avqustun 20-dək davam etdirəcək.

Hans Kloss
Azvision.az
üçün


Azvision.az



Teqlər: Sərgi   “IDEF-2021”  





Xəbər lenti