Keçmiş məhkumun üzərində "patı" aşkarlandı

Keçmiş məhkumun üzərində "patı" aşkarlandı
  17 Avqust 2021    Oxunub:1309
Gədəbəydə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Azvision.az xəbər verir ki, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlayan rayon sakini, əvvəllər məhkum olunmuş Ədalət Rzayev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” və qurudulmuş “marixuana” aşkar edilib. Saxlanılan şəxs dindirilmə zamanı narkotik maddə bağımlısı olduğunu etiraf edib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az




Teqlər: Polis  





Xəbər lenti