Mədət Quliyev türkiyəli həmkarı ilə görüşüb

  17 Avqust 2021    Oxunub :403
Mədət Quliyev türkiyəli həmkarı ilə görüşüb
Türkiyədə keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir ilə görüşü baş tutub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

Azvision.az

Teqlər: MədətQuliyev  







Xəbər lenti