"Biz heç vaxt Əfqanıstanda əbədi qalmaq niyyətində olmamışıq"- Stoltenberq

   "Biz heç vaxt Əfqanıstanda əbədi qalmaq niyyətində olmamışıq"-    Stoltenberq
  17 Avqust 2021    Oxunub:1395
Əfqanıstanın siyasi rəhbərliyinin uğursuzluğu bu gün şahid olduğumuz faciəyə gətirib çıxardı".
Azvision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

"Əfqanıstanda hərbi missiyamızı sonlandırmaq asan olmadı. Biz ciddi dilemma ilə üz-üzə qaldıq. Ya Əfqanıstanı tərk edirik, "Taliban" nəzarəti ələ alır, yaxud da qalmağa davam edirik və yeni hücumlarla üzləşirik, sonu olmayan vədəsiz döyüş missiyası ilə davam edirik. Biz heç vaxt Əfqanıstanda əbədi qalmaq niyyətində olmamışıq. Keçən illər ərzində yüz minlərlə olan hərbi personalın sayı bir neçə minə endirilib. Və indi bu rəqəm sıfırdır", - deyə Yens Stoltenberq bildirib.

NATO Baş katibi son həftələrdə Əfqanıstanda gözlənilməz sürətdə hərbi və siyasi tənəzzülün yaşandığını deyib.

"Əfqanıstan siyasi rəhbərliyi "Taliban"a qarşı dayana bilmədi, hər bir Əfqanıstan vətəndaşının ən çox istədiyi sülh yolu ilə həllə nail ola bilmədi. Əfqanıstan rəhbərliyinin bu uğursuzluğu bu gün şahid olduğumuz faciəyə gətirib çıxardı".

Azvision.az


Teqlər: YensStoltenberq  





Xəbər lenti