Azərbaycan diasporunun nümayəndələri Şuşadadırlar - FOTO
Diaspor üzvlərinə ölkə rəhbərliyinin tapşırığı ilə Şuşada və Qarabağın digər ərazilərində aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilir.
Xaricdə yaşayan azərbaycanlılar iri ölçülü Azərbaycan bayrağını Cıdır düzündə dalğalandırıblar.
Qeyd edək ki, iyulun 27-də Komitənin təşkilatçılığı ilə diaspor nümayəndələrinin Şuşa şəhərinə ilk səfəri təşkil olunmuşdu və səfər böyük marağa səbəb olmuşdu.
Azərbaycan diaspor nümayəndələrinin Qarabağa ikinci səfərində 26 ölkədən 100-ə yaxın diaspor nümayəndəsi iştirak edir.
Azvision.az
Teqlər: Şuşa