Etibar Mirzəyev Türkiyədən Vətənə qayıdıb

Etibar Mirzəyev Türkiyədən Vətənə qayıdıb
  17 Avqust 2021    Oxunub:1924
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hissə-hissə ölkəmizə qayıdır.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 17 avqust 2021-ci il tarixində FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik etmiş fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də Azərbaycana qayıdıb.

Qeyd edək ki, qüvvələrin şəxsi heyəti dünən 2 qrupda qardaş ölkədən təyyarə ilə geri dönüb, texnikalar və şəxsi heyətin digər hissəsi isə quru yolla hazırda Azərbaycana doğru hərəkət edir.

Azvision.az



Teqlər: EtibarMirzəyev  





Xəbər lenti