NATO baş katibi Əfqanıstanın yeni hökumətilə qurulacaq münasibətlərdən danışıb

   NATO baş katibi Əfqanıstanın yeni hökumətilə qurulacaq münasibətlərdən danışıb
  17 Avqust 2021    Oxunub:1090
NATO baş katibi Əfqanıstanda yeni hökumətlə hansı halda münasibətlər qurulacağını açıqlayıb. "Əfqanıstanda vəziyyət dəyişir, indi gələcək barədə proqnoz vermək, vəziyyətin necə olacağını, necə bir hakimiyyət formalaşacağını söyləmək çətindir".
Azvision.az xəbər verir ki,, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

" Ölkədə inkluziv hökumətin qurulacağını eşidirik . Həmçinin bir çox beynəlxalq aktorlar bununla bağlı çağırışlar ediblər. Təbii ki, bu baş verərsə, "Taliban"la əlaqədənsə, müəyyən mənada bu münasibətləri inkluziv hökumətlə qurmaq daha asan olar. Düşünürəm ki, vacib olan bizim mesajımızı çatdırmaq, sülh yolu ilə keçid hökumətin qurulması və həmçinin insan hüquqlarına hörmət edən inkluziv hökumətin yaradılmasıdır.

NATO bu ölkədəki hərbi movcudluğunu sonlandırıb, ancaq təbii ki, beynəlxalq ictimaiyyət və həmçinin NATO bu ölkənin inkişafında rol oynaya bilər.

NATO müttəfiqləri, beynəlxlaq ictimaiyyət Əfqanıstana töhfə verə bilər, təbii ki, bu, həm də Əfqanıstandakı vəziyyətdən asılıdır", - NATO baş katibi əlavə edib.

Azvision.az




Teqlər: NATO   Əfqanıstan  





Xəbər lenti