Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq perspektivləri müzakirə edilib

   Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq perspektivləri müzakirə edilib
  17 Avqust 2021    Oxunub:1118
Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev İstanbulda keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Belarusun Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.
Azvision.az Müdafiə Sənayesi Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Söhbət zamanı bir sıra digər məsələlər də müzakirə edilib.

Azvision.az



Teqlər: Azərbaycan-Belarus   hərbi-texniki  





Xəbər lenti