Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub

  18 Avqust 2021    Oxunub :620
   Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 17-si saat 21:55-dən avqustun 18-i 01:00-dək fasilələrlə Basarkeçər rayonunun Basarkeçər və Şişqaya yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azvision.az

Teqlər: MN   Atəşkəs  







Xəbər lenti