XTQ zabiti Şuşada atasının şəhid olduğu məkanı ziyarət etdi

   XTQ zabiti Şuşada atasının şəhid olduğu məkanı ziyarət etdi
  18 Avqust 2021    Oxunub:1139
XTQ zabiti, qazi kapitan Polad Rzayev 29 illik ayrılıqdan sonra Şuşada atasının şəhid olduğu məkanı ilk dəfə ziyarət edib.
Şuşa Şəhər Dövlət Qoruğu İdarəsindən Azvision.az -a verilən məlumata görə, İkinci Qarabağ müharibəsi zamanı xüsusi şücaət göstərən, Murov dağı, Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edən Polad Rzayev atası Tofiq Oğuzun 29 il sonra "Tar Sexi" adlanan ərazidə Şəhadətə ucaldığı məkanı görmək imkanı qazanıb.

Xatırladaq ki, Tofiq Oğuz əfsanəvi "Qarabağ" batalyonunun komandiri olub.

Azvision.az


Teqlər: XTQ   Şuşa  





Xəbər lenti